Türkiyə Milli İstihbarat Təşkilatı və Türkiyə Ordusunun İraqın şimalında keçirdiyi əməliyyatda zərərsizləşdirilən terrorçular arasında PKK-nın qurucularından biri, Əli Heydər Kaytan da olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Kaytanın cəsədi qruplaşmanın yalnız yüksək rütbəli üvzlərinin bildiyi yerdə basdırılıb və dəfni həyata keçirən PKK-çılar edam edilib.

Abdullah Öcalan vaxtilə “Fuat” kod adlı Əli Heydər Kaytanı “özündən sonra təşkilatda sözü keçən şəxs” kimi təqdim edib. Buna görə də PKK Kaytanın ölüm xəbərini gizlətməklə terroristlərin döyüşkən ruhunu yüksək tutmağa çalışıb.

Kaytanın adı PKK üçün kamikadze hücumlarını həyata keçirəcək terrorçuların hazırlanmasında hallanıb. Onun 2016-cı ildə Ankarada Merasim Sokak və Güvenpark hücumları üçün təlimat verməsi müəyyən edilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın