Qəhrəman Azərbaycan Ordusunun 44 gündə böyük qələbə qazandığı Qarabağda minalardan təmizlənmə işləri davam edir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin tələ qurduğu minalı ərazilər Azərbaycan Ordusu tərəfindən təmizlənir:

“Quru Qoşunlarımızın Xüsusi Mina Axtarış və Təmizləmə (ÖMAT) qruplarından 136 nəfər də Azərbaycan Ordusuna dəstək olmaq üçün bölgəyə göndərilib. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə mina təmizlənməsi təlimləri keçən “mehmetçiklərimiz” işğaldan azad edilmiş Qarabağda da mina təmizləmə fəaliyyətlərini davam etdirirlər”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın