Türk lirəsinin ABŞ dollarına nisbətən dəyər itirməsi davam edir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Türk lirəsi ilin əvvəlindən dollara qarşı dəyərinin yarısından çoxunu itirib

Bugünki ticarət sessiyası ərzində USD/TRY cütlüyü 17 həddini aşıb ki, bu da lirə üçün yeni antirkorddur. Qeyd edək ki, artıq ucuzlaşma prosesi qiymətli kağızlar bazarına da təsir edib. Belə ki, İstanbul birjasında səhmlərin qiymətində ciddi eniş qeydə alınıb.

Bu, son 20 ilin ən kəskin qiymət enişidir. Buna səbəb Türkiyə Mərkəzi Bankının (TMB) yüksək inflyasiyaya baxmayaraq, uçot dərəcəsini 15 %-dən 14 %-ə endirməsi olub. Bir çox aparıcı iqtisadçılar bu fonda lirənin zəifləməsini artan inflyasiyanı daha da şiddətləndirərək 30 %-dən yuxarı qaldıracağını düşünür.

Qeyd edək ki, geniş tənqidlərə, monetar siyasətin istiqamətinin dəyişilməsi və uçot dərəcəsinin yüksəldilməsi istəklərinə baxmayaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan faiz azalmalarını müdafiə edib və “iqtisadi müstəqillik müharibəsində” qalib gələcəyinə söz verib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın