Türkiyənin müdafiə naziri Hulusi Akarın sədrliyi ilə ordu komandanları, eləcə də ölkədə və xaricdə fəaliyyət göstərən hərbi birliklərin komandirlərinin iştirakı ilə toplantı keçirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, videokonfrans formatında baş tutan toplantıda Silahlı Qüvvələrin cari əməliyyatları, həmçinin terrorla mübarizə və Şərqi Aralıq dənizindəki durum kimi aktual mövzular müzakirə olunub.

Nazir çıxışında Türkiyəni təcavüzkarlıqda ittiham edən Yunanıstanın bir sıra çevrələrinə tutarlı cavablar verib:

“Biz Ege və Şərqi Aralıq dənizində baş verənləri də yaxından izləyirik. Heç bir şəkildə aqressiv deyilik, orada haqqımızı müdafiə edirik. Türkiyə bütün fəaliyyətini ağlabatan, məntiqli və sakit şəkildə həyata keçirir. Biz bu şəkildə davranarkən, Yunanıstan təxribat xarakterli, gərginliyi artıran, aqressiv ritorika və hərəkətlərə yol verir.

Yunanıstan rəsmiləri sanki Türkiyənin ölkələrinə qarşı bir həmləsi varmış kimi ifadələr işlədirərək “Yunanıstan məsum, Türkiyə isə təcavüzkardır” görüntüsünü yaratmağa çalışırlar. Ancaq tarix və indiki proseslər açıq şəkildə göstərir ki, təcavüzkar və ekspansiyaçı özləridir”, – deyə Akar bəyan edib.

Nazir həmçinin, yunan tərəfinin dənizdə miqrantları ölümə tərk edərkən Türkiyəni təcavüzkar adlandırmağını riyakarlıq və ikiüzlülük adlandırıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın