Türkiyə əsgərlərinin Azərbaycana göndərilməsi ilə bağlı Prezident Memorandumu Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Haber Global” xəbər yayıb.

Təklifə uyğun olaraq, Türkiyə hərbçiləri bir il boyunca Dağlıq Qarabağdakı Rusiya-Türkiyə birgə monitorinq mərkəzində fəaliyyət göstərəcəklər.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə göndərilən memorandumda Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılığa işarə edilib.

“Anlaşmaya görə, atəşkəsə nəzarət üçün işğaldan azad edilmiş Azərbaycan ərazilərində Birgə Mərkəz yaradılacaq. Azərbaycanın tələbi ilə Türkiyə və Rusiya Mərkəzdə birgə iştirak etmək barədə razılığa gəliblər”, – deyə sənəddə vurğulanıb.

Öncəki xəbərXüsusi Təyinatlı Qüvvələrin zabiti ilə müsahibə: Bilirdilər ki, Daşaltı alınsa, Şuşa bizim olacaq
Sonrakı xəbərBaku TV-nin Xüsusi Reportajı: Xocalının böyüyən üzü
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın