Polisi təhdid etməkdə günahlandırılan Türkiyəli məşhur pop müğənni Aleyna Tilki həbs ediləcək.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, buna səbəb Aleyna Tilkinin 2020-ci ilin yanvar ayında İtaliyanın Milan şəhərinə uçmaq üçün hava limanına gedərkən orada Neslihan Ö. adlı mühafizəçini təhqir etməsi olub.

Belə ki, gənc müğənni mühafizəçiyə deyib: “Sən kimsən, polissən? Səni tapıb məhv edəcəyəm, axmaqsan? Sənə görə təyyarəyə gecikəcəyəm”.

Neslihan Ö.-nün şikayətindən sonra müğənni polis mərkəzində ifadə verib, uçuşunu təxirə salaraq hava limanından ayrılıb. Faktla bağlı Qaziosmanpaşa Baş Prokurorluğunda gənc müğənni ilə bağlı cinayət işi başlanılıb.

Məhkəmə qərarı ilə təqsirləndirilən Aleyna Tilki vəzifə başında olan dövlət məmurunu təhqir etmək ittihamı ilə 7080 Türkiyə lirəsi məbləğində cərimələnib. Həmçinin, təhdid etməkdə təqsirli bilinərək 5 ay həbs cəzası alıb.

Aleyna Tilki – Yalan
Öncəki xəbər“Qarabağ”ın futbolçusu Qara Qarayev: “Marsel”lə oyunda heç bir təxribatdan qorxmuruq
Sonrakı xəbərŞimali Koreyada 11 gün sevinmək və gülmək qadağan olundu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın