Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 419-a çatıb.

YALAN.info bildirir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 20 534 nəfər yaralanıb. Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib ki, Türkiyə Silahlı Qüvvələrin şəxsi heyətindən istifadə olunur. Əgər lazım gələrsə, əlavə qüvvə də proseslərə cəlb oluacaq. Bununla bağlı problem yoxdur.

Yada salaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın