Türkiyə Respublikasının 3 əyalətinin 8 məntəqəsində yanğınlar davam edir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Muğlanın Marmaris, Köycegiz, Milas, Kavaklidere və Seyidkemer, Tuncelinin Hozat, Antalyanın Manavgat və Gündoğmuş rayonlarında yanğınların qarşısını almaq hələlik mümkün olmayıb.

Məlumata görə, 119 nöqtədə yanğın nəzarət altına alınıb.

Ölkənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirlinin sözlərinə görə, Muğlada yanğınların söndürülməsinə 4 təyyarə, 1 pilotsuz uçuş aparatı, 17 helikopter, 186 susəpən, 93 yanğınsöndürən maşın, 414 avtomobil, 55 ambulans və 1 457 nəfər yanğınsöndürən cəlb olunub.

Türkiyədəki yanğınlar səbəbindən bir sıra rayonlardan sakinlər təxliyə edilib. İndiyədək 864 nəfər zərər çəkərək xəstəxanaya yerləşdirilib, onların 27-si xəstəxana şəraitində müalicə olunur. Yanğınlar nəticəsində vəfat edənlərin sayı 8-ə yüksəlib.

Öncəki xəbərAzad edilmiş torpaqlarda döyüş növbətçiliyi yüksək səviyyədə aparılır
Sonrakı xəbərArmen Sarkisyan Ermənistanın Baş naziri postuna Nikol Paşinyanı təyin etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın