Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı terrorçuları gizləndikləri sığınaq və mağaralarda məhv edir.

YALAN.info bildirir ki, bununla bağlı Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bölgədə 11 PKK terrorçusu zərərsizləşdirilib: “Pəncək-kilid” əməliyyatında 9, “Pəncə-ildırım” əməliyyatında 2 terrorçu məhv edilib. İraqın şimalındakı “Pəncək-kilid” əməliyyatında zərərsizləşdirilən terrorçuların toplam sayı 54-ə çatıb.

Hulusi Akar: Türkiyə Ordusu ən gərgin günlərini yaşayır

Türkiyə Silahlı Qüvvələri bu il yanvarın 1-dən aprelin 22-dək 1987 terrorçu zərərsizləşdirib. Axar.az xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar şəhid ailələri və qazilərlə görüşdə deyib. O bildirib ki, Türkiyə ordusu 2015-ci il iyulun 24-dən indiyədək 34 min 175 terrorçunu zərərsizləşdirib:

“Türkiyə ordusu ölkə tariximizin ən gərgin günlərini yaşayır. Bir tərəfdə dənizdə, quruda, havada təlimlər keçirik, o biri tərəfdə isə əməliyyatları davam etdiririk. Bu yaxınlarda “Pəncə-Qıfıl” antiterror əməliyyatına başladıq”.

MƏNBƏTürkiyə Respublikası Milli Müdafiə Nazirliyi
Öncəki xəbərUkrayna hərbçiləri Xerson vilayətində 8 yaşayış məntəqəsinə nəzarəti bərpa edib
Sonrakı xəbərÇavuşoğlu Baydeni “erməni soyqırımı” mövqeyinə görə ikiüzlü adlandırdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın