Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən Şırnaqda “Eren Kış-1” əməliyyatı başladılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, əməliyyatda 1550 nəfərlik şəxsi heyət iştirak edir.

Türkiyə DİN-dən bildirilib ki, Şırnaq Jandarma Bölgə Komandanlığının rəhbərliyi altında keçirilən əməliyyatda Jandarma Komando, Jandarma Özəl Hərəkatı (JÖH), Polis Özəl Hərəkatı (PÖH) və Təhlükəsizliyi Mühafizə qruplarından ibarət 121 əməliyyat qrupu yer alıb:

“Əməliyyatın başladılmasında məqsəd PKK terror təşkilatını ölkə gündəmindən çıxarmaq və bölgəyə sığınan terrorçuları zərərsizləşdirməkdir. Ölkədə terroru tamamilə aradan qaldırmaq üçün həyata keçirilən “Eren Kış-1″ əməliyyatı əzm və uğurla davam edir”.

Öncəki xəbərABŞ Ermənistan və Azərbaycanı qarşılıqlı fəaliyyəti aktivləşdirməyə çağırdı
Sonrakı xəbərMüdafiə Nazirliyi Ermənistan hərbi-siyasi rəhbərliyinə xəbərdarlıq etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın