Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə 13 müqavilə imzalanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Türkiyə-BƏƏ arasında imzalanmış sazişlər səhiyyə, iqlim, sənaye və qabaqcıl texnologiyalar, mədəniyyət, kənd təsərrüfatı, quru və dəniz nəqliyyatı, gənclər siyasəti, fövqəladə halların idarə edilməsi, meteorologiya, media və kommunikasiya kimi sahələri əhatə edir.

Həmçinin, ölkələr arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi üzrə danışıqların başlanmasına dair Nazirlərin Birgə Bəyanatı, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlıq görüşlərinin başlanmasına dair Niyyət Məktubu imzalanıb.

Bildirək ki, Rəcəb Tayyib Ərdoğanın BƏƏ-yə rəsmi səfəri Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə həyata keçirilir.

MƏNBƏHaber Global
Öncəki xəbərPrezident Volodimir Zelenski Ukrayna xalqına müraciət etdi
Sonrakı xəbərYuri Kamelçuk: Xocalı Soyqırımı Qarabağ müharibəsinin ən amansız qırğını olub
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın