Demokratik Partiya sıralarından ABŞ prezidenti postuna namizəd Cozef Bayden (Cozef Biden) partiya qurultayının keçirildiyi dörd gün boyunca özünün seçki kampaniyasına 70 milyon dollar könüllü ianə toplayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Cozef Baydenin öz seçki düşərgəsindən bildirilib.

Bununla yanaşı, ötən həftə Cozef Bayden Kaliforniya ştatının senatoru Kamanla Harrisi ABŞ-ın vitse-prezidenti postuna namizədliyini irəli sürmək barədə qərarından sonra cəmi iki gün ərzində 48 milyon ianə toplamağa nail olmuşdu.

Demokratların milli qurultayı virtual rejimdə dörd gün davam edib. Toplantını canlı yayında 122 milyon insan, o cümlədən 85,1 milyon televiziya tamaşaçısı və 35,5 milyon internet istifadəçisi izləyib.

Cozef Bayden avqustun 20-də Demokratik Partiya sıralarından ABŞ-ın ali dövlət postuna namizədliyinin irəli sürülməsinə rəsmən razılıq verib.

Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri noyabrın 3-nə planlaşdırılıb. Demokratik Partiya avqustun 18-də Cozef Baydeni ali dövlət postuna namizədliyini təsdiq edib. Bu seçkilərdə Cozef Baydenin rəqibi respublikaçıların namizədi indiki Prezidenti Donald Tramp olacaq.

Öncəki xəbərAzərbaycan Televiziyası: İlham Əliyev Ramiz Mehdiyevə dərs keçdi
Sonrakı xəbərGömrük Qaydaları Sərtləşdirildi: 1500 dollardan 800 dollara endirildi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın