Ekspertlərin düşündüyünə görə, Co Bayden (Joe Biden) administrasiyasının yol verdiyi səhvlər növbəti prezident seçkilərdə Donald Trampın qələbə ehtimalını artırır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Amerika Birləşmiş Ştatlarında Baydenin azalan nüfuzu fonunda Tramp səsküylü bəyanatlar verməyə davam edir.

Belə ki, Texas ştatında seçiciləri qarşısında çıxış edən D.Tramp Amerikanı Baydendən azad etməyə söz verib.

“Başlanğıc olaraq biz, birdəfəlik Nensi Pelosinin siyasi karyerasına son qoyacağıq. 2024-cü ildə isə Ağ Evdən cinayətkar Bayden ailəsini çıxarıb atacağıq”, – deyə eks-prezident bildirib.

“Liderlərimizin səriştəsizliyinə inanmaq çox çətindir”, – sabiq prezident deyib. “Ölkəmizə baş verənlər fəlakət və biabırçılıqdır… heç kim buna inana bilmir”. O, davam etdi: “Unutmayın, Co Baydenin Amerikanın heç bir yerində yüksək səslə istehza və lağ edilmədən idman stadionuna girə bilməməsinin bir səbəbi var.”

Daha sonra izdihamın bir çoxu Tramp səhnədən baxarkən Bayden əleyhinə “Let’s Go Brandon” (Getdik, Brendon) şüarını səsləndirməyə başlayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın