Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarının finalında büdrəyib: 61 kq çəkidə yarışan karateçimiz İrina Zaretskaya da gümüş medal qazandı.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, karateçimiz İrina Zaretskaya Feryal Abdelazizə (Misir) 0:2 hesabı ilə uduzub.

Bununla da İrina Zaretskaya da karateçi Rafael Ağayev və sərbəst güləşçi Hacı Əliyev kimi finalda uduzaraq, gümüş medalla kifayətlənib.

Kumite Women’s +61KG Final – Highlights | KARATE | Olympic Games – Tokyo 2020

İrina Zaretskaya ağlaya-ağlaya fikirlərini çatdırıb:

“Bilirdim ki, qızıl medal götürə bilərdim. Buna çox yaxın idim. Sadəcə, buna vaxtım çatmadı. Başa düşürdüm ki, bu çox önəmlidir. Məni dəstəkləyən hamıya təşəkkür edirəm. Bilirdim ki, bütün Azərbaycan məndən qızıl medal gözləyirdi. Ancaq qismət olmadı”.

Öncəki xəbərTokio-2020: Mariya Stadnik dördüncü Olimpiya medalı ilə Azərbaycan tarixinə düşdü
Sonrakı xəbərYunanıstanda meşə yanğınlarında Afina Ticarət Palatasının rəhbəri həyatını itirib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın