Sabahdan başlayaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları Qazaxıstan Respublikası ərazisindən çıxarılacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

Dövlət başçısı bildirib ki, sülhmaramlıların ölkədən çıxarılmasına yanvarın 13-də start veriləcək.

O, ölkədə durumun sabitləşdirilməsində önəmli rol oynayan sülhməramlıların missiyasını çox uğurlu kimi dəyərləndirib: “Təbii ki, bunun terrorçu və quldurların təcavüzünü dəf etmək üçün böyük psixoloji önəmi var idi”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın