“Biz ümid edirdik ki, Ermənistan müharibədən sonra Azərbaycanla Türkiyə qarşısında normal xarici siyasət yeritməyə başlayacaq. Üstəlik, Rusiyanın da Ermənistanı dəstəkləməyə çox meyilli olmadığını nəzərə almaq lazımdır. Ancaq baş verənlər rəsmi İrəvanın qarşıdurma yolunu seçdiyini göstərir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Report informasiya agentliyinə açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın Baş naziri Nikol Paşinyanın səsləndirdiyi düşüncələrə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Nikol Paşinyanın səsləndirdiyi fikirlər sadəcə fondur:

“Əsas məsələ isə daha dərindir. Düşünürəm ki, bundan sonra rəsmi Moskva ilə İrəvan arasındakı böhran daha da dərinləşəcək. Çünki Ermənistan Rusiya və Qərb arasında “ikili oynayır”. Bu, təxminən “iki od arasında qalmaq” deməkdir. Bu isə bizim qarşımızda yeni fürsətlər açır. Bir çox məsələlər, o cümlədən Zəngəzur dəhlizi ilə irəliləyişə nail olmaq üçün imkanlar yaranır. Hücum diplomatiyasına davam etməliyik. Ən yaxşı müdafiə məhz hücumdur. Ermənilər başqa yol qoymurlar”.

T.Zülfüqarov bildirib ki, brifinqin indiki məqamda keçirilməsi heç də təsadüfi deyil:

“Bilirsiniz ki, bir neçə gün sonra Soçidə üçtərəfli, gələn ay isə Brüsseldə ikitərəfli görüş keçiriləcək. Paşinyan indidən həmin müzakirələrə hazırlaşır. O, görüşlərdə səsləndirəcəyi fikirlər üçün indidən zəmin yaradır. Ancaq biz də öz işimizi görməli, hücum diplomatiyasından geri çəkilməməliyik”.

KİMKənan Novruzov
MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərABŞ: İran danışıqlarda xoş niyyət göstərməsə, başqa yollara üz tutacağıq
Sonrakı xəbərErmənistan Türkiyə ilə münasibətlər qurmaq üçün Rusiyadan vasitəçi olmağı xahiş edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın