Maliyyə və biznes sahələrində xəbərlərin yayımlanması ilə məşğul olan “Financial Times” adlı məşhur beynəlxalq qəzet “Times” jurnalının ardınca İlon Maskı (Elon Musk) “İlin adamı” seçib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Financial Times” qəzeti öz hesabatında onun avtomobil sahəsinin transformasiyasındakı xidmətlərini yüksək dəyərləndirib.

Elektromobil bazarında lider olan “Tesla” şirkəti bir çox alıcıların və avtomobil istehsalçılarının elektromobillərə olan maraqlarını artırıb. Öz məqaləsində “Financial Times” qəzetinin redaktoru Roula Khalaf elektromobillərin daxili yanacaq mühərriki əsasında çalışan adi avotmobilləri necə əvəz edə biləcəyinin sərgilənməsinə görə Maskı tərifləyərək onu bu sahənin inqilabçısı adlandırıb.

“Uzun müddət boyunca avtomobil sahəsindəki başqa təmsilçilər “Tesla” ilə məni axmaq və dələduz adlandırırdılar. Onlar qeyd edirdilər ki, elektrikli avtomobillər çalışmır və siz onlarda adi avtomobillərin qətt edə bildikləri yol və sərgilədikləri performans göstəricilərini reallaşdıra bilməzsiniz. Ancaq hətta bunu etsəniz belə onları heç kim almayacaq” – deyə “Financial Times” qəzetinin redaktoru Maskın sözlərini sitat gətirib.

İndi Mask dünyanın ən varlı şəxsi hesab olunur və “Tesla” şirkətinin bazar dəyəri artıq 1 trilyon dollara yaxındır. Bu isə onu “Ford Motor” və “General Motors” şirkətlərindən daha baha şirkət edir.

Öncəki xəbər“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov: “Marsel”lə oynamaq istəmirdim
Sonrakı xəbərTürkmənistanda koronavirusa (COVID-19) yoluxma halı qeydə alınmayıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın