Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun Rusiyanın Xantı-Mansiysk şəhərindəki şahmat üzrə Dünya Kubokunda uğurlu çıxışı davam edir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu gün turnirinin 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Bu mərhələdə Azərbaycanın yarışda iştirakı davam edən tək şahmatçısı Teymur Rəcəbov ABŞ təmsilçisi Cefferi Xionqla qarşılaşıb.

İlk görüşünü sülhlə başa vuran şahmatçımız cavab oyununu udaraq yarımfinala yüksəlib.

Qeyd edək ki, qrossmeysterimizin yarımfinaldakı rəqibi fransalı Maksim Vaşe-Laqrav və Ermənistan təmsilçisi Levon Aronyan duelinin qalibi olacaq. Bu iki şahmatçı arasındakı hər iki görüş heç-heçə başa çatıb.

Interview with Teimour Radjabov | FIDE World Cup 2019 | Quarterfinals |
Öncəki xəbərÇinli Ağır Atlet Denq Ley Üç Dünya Rekordunu Yenilədi
Sonrakı xəbərElmar Məmmədyarov Beynəlxalq Qurumlara Çağırış Etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın