Amerikalı tanınmış müğənni Teylor Svift (Taylor Swift) koronavirus pandemiyası səbəbilə maddi çətinlik çəkən pərəstişkarlarına toplamda 5 milyon dollar (8,5 milyon manat) məbləğində yardım edib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, “HaberGlobal”-ın məlumatına görə, Svift növbəti dəfə “GoFoundMe” yardım səhifəsinə müraciət edən 18 yaşlı Viktoriya Mario adlı qızın təhsil xərclərini ödəyib. 

Bildirilir ki, 23 min funt sterlinq (50 min 600 manat) məbləğə ehtiyacı olan gənc qız eyni zamanda, müğənninin pərəstişkarı olub.

Teylor Svift Viktoriyaya yazdığı məktubda qızın müraciətinin təsadüfən qarşısına çıxdığını, onun hekayəsindən təsirləndiyini və qızın xəyallarını gerçəkləşdirməsinə yardım etmək istədiyini vurğulayıb.

Taylor Swift – Shake It Off

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın