“Tesla” şirkəti 2019-cu ildə “Cybertruck” pikapı ilə birlikdə “Cyberquad” adlı kvadrosikli (4 təkərli motosikl) də təqdim etmişdi.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, indi isə şirkət həmin 4 təkərli motosiklin uşaqlar üçün nəzərdə tutulmuş “Cyberquad for Kids” adlanan versiyasını təqdim edib.

Sözügedən 4 təkərli motosikl saatda 16 km sürət yığa və bir dəfə şarj olunandan sonra 24 km yol qətt edə bilir. Nəqliyyat növünün çəkisi isə 55 kq təşkil edir. Məlumatda qeyd edilib ki, Cyberquad for Kids 68 kq-a qədər faydalı yük daşıya bilir. O, 8 və daha yuxarı yaşdan başlayan uşaqlar üçün nəzərdə tutulub. Nəqliyyat növü məişət üçün nəzərdə tutulmuş elektrik şəbəkəsi vasitəsilə şarj oluna bilər və 100 % enerjini yığmaq üçün ona 5 saat vaxt lazım olur.

Onu da qeyd etmək lazımdır ki, Cyberquad for Kids alıcılara hissələr şəklində təqdim olunur. Buna görə də real alıcı onu fərdi şəkildə yığmalı olacaq. 4 təkərli motosiklin çərçivəsi poladdan hazırlanıb. Cyberquad for Kids-i artıq Tesla-nın rəsmi saytında 1900 $ qiymətinə sifariş etmək olar. Sifarişdən sonra alıcı onu 2-4 həftə ərzində əldə edəcək.

Tesla Cyberquad for Kids (1080p HD) $1,900 by Radio Flyer
MƏNBƏTechnote
Öncəki xəbərGündə bir kivi yemək ürək-damar və onkoloji xəstəliklərə qarşı faydalıdır
Sonrakı xəbər“Atletiko Mineyro” 50 ildən sonra yenə Braziliya çempionu oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın