Ermənistandakı daxili-siyasi durum partlayış təhlükəsi qarşısındadır, vəziyyət az qala vətəndaş müharibəsinə çevrilə bilər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Ermənistanın İctimai Televiziyasına müsahibəsi zamanı ölkənin birinci prezidenti Levon Ter-Petrosyan deyib.

Onun sözlərinə görə, indi ölkədə baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan və keçmiş prezident Robert Koçaryanın tərəfdarları arasında açıq şəkildə təzahür edən antoqonizm var.

“Bu düşmənçilik dayandırılmasa nə olacağını təsəvvür etmək qorxuludur. Hər iki tərəf ölüm-qalım məsələsini həll edir”, – deyə sabiq prezident bildirib.

Ter-Petrosyanın düşüncəsinə görə, Ermənistanı olduqca ağır günlər gözləyir.

Öncəki xəbərErmənistan Naxçıvandakı mövqelərimizi atəşə tutdu: Bir hərbçimiz yaralandı
Sonrakı xəbərVitali Kliçko: Azərbaycanın bir çox yaxşı yaradıcılıq ideyalarını təkrarlayırıq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın