“Teknofest” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Səlcuq Bayraktar Azərbaycan səmalarında ilk dəfə döyüş təyyarəsi idarə edərə edərək “Akıncı” PUA ilə qanad uçuşu edib.

YALAN.info bildirir ki, bununla bağlı Səlcuq Bayraktar öz “Facebook” hesabında yazıb.

“İlk dəfə bir döyüş təyyarəsi ilə uçmaq Can Azərbaycan səmalarında nəsib oldu”, – deyə S.Bayraktar bildirib.

S.Bayraktar Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29” qırıcı təyyarəsi ilə azərbaycanlı pilot, polkovnik Zaur Rüstəmovla birlikdə “Akıncı” pilotsuz uçuş aparatı ilə yanaşı uçuş yerinə yetirib: “MiQ-29” ilə “Akıncı”nın qolunda “Teknofest” üçün Bakı üzərində uçmaq duyğusu tərifolunmazdır”.

KİMSəlcuq Bayraktar
MƏNBƏFacebook
Öncəki xəbərBaydenin hədə notları: Çin müharibə üçün əsaslar axtarır
Sonrakı xəbərZaxarova: AB-nin Qarabağla bağlı danışıqlara qoşulmaq cəhdlərini görürük
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın