“Çin Rusiyanın Ukraynadakı müharibə təcrübəsini öyrənir. Bu təcrübədən Tayvana qarşı öz “hibrid savaşı” strategiyasını yaratmaq üçün istifadə etmək istəyindədir. O cümlədən pilotsuz təyyarələrdən istifadə və psixoloji təzyiq yaratmaq üçün də Ukrayna təcrübəsi araşdırılır”.

YALAN.info bildirir ki, bununla bağlı Tayvanın Milli Təhlükəsizlik Bürosunun baş direktoru Çen Min-Tun danışıb.

“Bu il kommunist hərbçiləri Tayvana qarşı “hibrid savaşı”nı inkişaf etdirmək və döyüş hazırlığını gücləndirmək üçün Rusiya-Ukrayna müharibəsi təcrübəsini nümunə götürüblər”, – deyə Çen parlamentdəki çıxışında vurğulayıb.

“Avqust təlimindən sonra Çin Tayvana qarşı “boz zona” və hibrid çalışmalarını, özəlliklə də dronların istifadəsini genişləndirdi”, – deyə Çen əlavə edib. Tayvan iddia edir ki, Çinin “boz zona”dakı hərbi kampaniyası açıq döyüşlərə əl atmadan düşmənin qeyri-müntəzəm taktika ilə zəiflədilməsini nəzərdə tutur. Məsələn, Tayvanın hava hücumundan müdafiə zonasına tez-tez uçuşlar və Tayvanın hava qüvvələrini aktivləşməyə vadar etmək kimi hərəkətlər bu taktikanın özəlliklərindəndir.

Qeyd olunur ki, Tayvan da öz növbəsində Rusiya-Ukrayna müharibəsinin nəticələrini diqqətlə öyrənir. Bu, adanı öz ərazisi hesab edən Çin Xalq Respublikası güc tətbiq edəcəyi halda gərəkli cavab vermək məqsədi daşıyır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın