Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən “Tata Steel Chess” turnirində ikinci yeri tutdu.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, indiki dünya çempionu Maqnus Karsen 13 oyundan 9,5 xal toplayaraq turniri birinci sırada başa vurub. Tata Steel Şahmat Turnirində yalnız Maqnus Karlsenə uduzan Şəhriyar Məmmədyarov 13 turdan sonra 8 xalla ikinci olub.

37 yaşlı qrossmeyster yarış zamanı ona dəstək olan hər kəsə – dostlarına, şahmat həvəskarlarına təşəkkürünü bildirib.

Məmmədyarovun deyib ki, belə bir turnirdə ən yaşlı şahmatçı kimi çıxış etmək elə də asan olmayıb: “Heç vaxt hansısa turnirdə bu statusda oynamamışam. Ona görə də asan deyildi. Ancaq nə etmək olar? Bunu biləndə ilk sualım belə oldu: Haradasan, Vişvanatan Anand? Şadam ki, Sergey Karyakin burada məndən sonra ən yaşlı ikinci şahmatçı idi. O da ən yaşlılardan biridir (gülür)”.

Şahmatçı qarşılaşmalara çox vaxt g4 gedişi ilə başlamasının səbəbi açıqlayıb: “Hələ də düşünürəm ki, bu, yaxşı ideyadır. Niyə də g4 gedişi etməyim? Əminliklə deyə bilərəm ki, yenə bu gedişə müraciət edəcəyəm. Çünki normal haldır. Adətən, bu gedişdən sonra çox vaxt uduzmursan. Ancaq mən g4 gedişi etdikdən sonra çox vaxt pis duruma düşürəm (gülür). Bununla belə, mənim üçün maraqlı açılışdır. Yenidən g4 gedişinə qayıdacağam”.

Təcrübəli qrossmeyster turnirdəki yegənə məğlubiyyətini özünün ən yaxşı oyunu olduğunu açıqlayıb: “Təbii ki, Maqnus Karlsenə uduzduğum görüşü qeyd edərdim. Maqnus fantastik oynadı. Heç vaxt belə uduzmamışdım. Möhtəşəm oyun idi”.

“Magnus has a chance against engines” – Shakhriyar Mamedyarov | Tata Steel Chess 2022

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın