Böyük Britaniyalı müğənni və dizayner Viktoriya Bekhem (Victoria Beckham) Qılınc balığının tərkibindəki civədən zəhərlənib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “The Sun” dərgisi məlumat yayıb.

Mütəxəssislərin fikrincə, zəhərlənmənin səbəbi Viktoriya Bekhemin bu yaxınlarda başladığı balıq pəhrizidir. Belə ki, pəhriz zamanı müğənni qida rasionuna qılınc balığı da daxil edib. Qılınc balığı, civə nisbəti yüksək, ən çirkli dəniz balıqları qrupundandır.

Müğənni özünü pis hiss etdiyi üçün həkimə üz tutub. Müayinələrdən sonra aydın olub ki, onun bədənində civənin miqdarı yüksəkdir. Nəticədə müğənni qaraciyər təmizlənməsi proseduru aparmaq məcburiyyətində qalıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın