Boşanma xəbəri ilə dünya mətbuatının gündəmində olan tanınmış Hollywood ulduzu Ancelina Colinin (Angelina Jolie) cangüdəni Mark Billinqhem aktrisanı öldürmək istəyənin olmasıyla bağlı yeni etiraf edib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi məlumata görə, cangüdəni bir az öncə Ancelinanın həyatına qəsd cəhdinin olduğunu bildirib.

Markın sözlərinə görə, o, çəkilişlərdən birində aktrisaya izdihamın arasından bir nəfərin çox qəribə baxdığını duyub:

“Onun baxışlarında o qədər kin-küdurət var idi ki, hər an hansısa bədbəxt hadisənin baş verəcəyini düşündüm və doğru çıxdım. Həmin şəxs növbəti gün Ancelinanın avtomobilinə yaxınlaşaraq yalvardı ki, aktrisa pəncərəni açsın. Guya, avtoqraf almaq istəyirmiş. Mən dərhal ona reaksiya göstərərək uzaqlaşmağını tələb etdim. Avtomobildən düşərək ondan şəkilləri aldım və dedim ki, Coli onları imzalayana qədər gözləsin. Lakin o kişi mənə şəkilləri verəndən sonra qaçdı”.

Rassel Krou, Tom Kruz, Şon Pen kimi məşhurlarla çalışan cangüdən Ancelina-Pitt cütlüyü ilə işləməyin çox çətin olduğunu vurğulayıb:

“Ancelina son vaxtlar mənə məzuniyyət günləri ayırmırdı, məni çox işlədirdi. Etiraz etdim, nəticədə işdən qovuldum”.

Xatırladaq ki, Ancelina Coli bu yaxınlarda başqa bir tanınmış Hollywood ulduzu – Bred Pittdən (Brad Pitt) boşanıb. Bred-Ancelina cütlüyünün 3-ü bioloji (Şaylo adlı qız və əkizlər Noks ilə Vivyen), 3-ü isə övladlıq (kambocalı Meddoks, vyetnamlı Paks və efiopiyalı Zaxaraya) olmaqla 6 uşağı var.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın