Amerikalı aktyor və tanınmış repçi Kulio (Coolio) 59 yaşında vəfat edib.

YALAN.info bildirir ki, musiqiçinin meneceri Carezin sözlərinə görə, repçi dostunun evində vanna otağına gedib və uzun müddət geri qayıtmayıb. Ev sahibi onun arxasınca gedəndə repçinin yerdə uzandığını görüb.

Musiqiçinin dostu təcili yardım çağırıb və onun öldüyü məlum olub. İlkin məlumata görə, Kulio ürək tutmasından həyatını itirib.

Hip-hop ifaçısı yaradıcılıq karyerasına 80-ci illərin sonlarında başlayıb. O, Cennifer Pfayferlə “Dangerous Thoughts” filminin “soundtrack”ına çevrilən “Gangsta’s Paradise” treki sayəsində dünya şöhrəti qazanıb. Bu mahnı 1995-ci ildə repçilər- Kulio və L.V. tərəfindən yazılıb. İfasına görə Kulio Qremmi mükafatına layiq görülüb.

Coolio – Gangsta’s Paradise (feat. L.V.) [Official Music Video]
Öncəki xəbərTürkiyə TŞ dünya dövlətlərini Şimali Kipirin müstəqilliyini tanımağa çağırdı
Sonrakı xəbərAzərbaycan XİN Paşinyanın cavabını verdi: Hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın