“Taliban” hərəkatı Əfqanıstan İslam Respublikasının cənubunda ölkənin ikinci ən böyük şəhəri olan Qəndahara nəzarəti ələ keçirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Al Jazeera” telekanalı məlumat yayıb. Qəndahar aeroportu da işini dayandırıb.

“Taliban” Hərəkatının artıq ölkənin üçüncü böyük şəhəri olan Herat şəhərinə də nəzarəti əsasən təmin etdiyi, şəhərdəki polis idarəsinin binasını tutduğu bildirilir.

Qeyd edək ki, iyuldan başlayaraq “Taliban” Hərəkatı İran, Çin, Pakistan, Tacikistan və Türkmənistanla sərhəddəki rayonları ələ keçirib. Eyni zamanda, bir sıra vilayət mərkəzləri – Cauzcan, Sari-Pul, Qunduz, Nimroz, Taxar, Samanqan və Farah şəhərləri taliblərin nəzarətinə keçib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın