“Taliban” hərəkatı Əfqanıstandakı yeni hökumətin tanınması ilə bağlı beynəlxalq ictimaiyyətin irəli sürdüyü şərtləri qəbul etməkdən imtina edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu yeni hökumətin informasiya və mədəniyyət nazirinin müavini Zəbiullah Mücahid “Skynews Arabia”ya müsahibəsində bildirib.

“Bizim hökumətin tanınması ilə bağlı beynəlxalq ictimaiyyətin irəli sürdüyü şərtlər qəbuledilməzdir”, – o deyib.

Z.Mücahid vurğulayıb ki, belə tələblər beynəlxalq qanunvericiliyin pozulmasıdır: “Başqa dövlətlərin hökumətinin tanınması da “Taliban”ın, eləcə də əfqan xalqının hüququdur”.

Qeyd edək ki, “Taliban” Əfqanıstanda müvəqqəti hökumətin tərkibini elan edib. Onun tərkibi bir çox ölkə tərəfindən tənqid olunub. Hələlik heç bir dövlət bu hökuməti tanımayıb.

Öncəki xəbərPrezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edib
Sonrakı xəbərNazirlər Kabinetindən karantin rejiminin yumşaldılması ilə bağlı qərar
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın