Tacikistan Qırğızıstanın Batken sərhəd dəstəsinin “Tamdıq” sərhəd zastavasını atəşə tutub.

YALAN.info bildirir ki, bununla bağlı Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb:

“Kütləvi atəş nəticəsində zastavanın bütün infrastrukturu dağıdılıb. Fürsətdən istifadə edərək Tacikistan tərəfi zastavanın ərazisinə basqın etmək istəyib. Lazımi tədbirlər görülüb, nəticədə Tacikistan vətəndaşları zastava ərazisindən çıxarılıb”.

Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, son silahlı toqquşmalar nəticəsində 59 nəfər həlak olub, 198 nəfər yaralanıb, münaqişə zonasından 142 mindən çox vətəndaş təxliyə edilib.

Respublikanın Fövqəladə Hallar Nazirliyi bildirir ki, Batken vilayətində ilkin məlumatlara görə, minə yaxın obyekt, o cümlədən 613 yaşayış binası dağıdılıb və ya yanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın