“Demokratiya Sammiti” ABŞ Prezidenti Co Baydenin və onun Administrasiyasiyasının qlobal savaşı təsvir etmək üçün istifadə etdiyi narrativə uyğun gəlir. ABŞ Admnistrasiyasının fikrincə, bu savaşda “avtokratlar demokratlara” qarşıdırlar.

YALAN.info bildirir ki, bununla bağlı “World Politics Review” dərgisində C.Baydenin ikinci dəfədir ki, təşkil etdiyi “Demokratiya sammiti”nə həsr olunmuş məqalədə deyilir.

Qeyd edilir ki, tənqidçilərin fikrincə, sözügedən sammit “məntiqsiz boş söhbətə və arzuolunmaz nümayişə” çevrilib. Məqalə müəllifi hesab edir ki, sammit artıq bu həddi keçib. O, sualla çıxış edərək soruşur: “Birincisi, sammit həqiqətən demokratiyaya həsr olunub? 2021-ci ildəki birinci tədbirdə şübhəli demokratik nüfuzları olan ölkələr –  Konqo Demokratik Respublikası və Serbiya – iştirak etmişdilər”.

Müəllif Macarıstan kimi bəzi ölkələrin sammitə dəvət edilməməsinin həmin ölkələrdə demokratiyanın geriləməsilə bağlantılı olduğuna şübhə ilə yanaşır: “Macarıstan iki sammitə dəvət edilmədi. Bu, doğrudanmı Baş nazir Viktor Orbanın dövründə ölkədə demokratiyanın pisləşməsilə, yoxsa onun Rusiya orezidenti ilə yaxınlığı, Rusiyanın Ukraynaya soxulmasını qınamaqdan imtina etməsilə əlaqədar idi? Lakin eyni demokratiyanın geriləmənin olduğu Polşa isə hər iki sammitə dəvət almışdı. Polşa Ukraynanın möhkəm tərəfdarıdır”.

Sitat: “İkincisi, sammit orada iştirak edənlərə deyil, iştirak etməyənlərə – Rusiya və Çinə həsr olunmuşdu. Görünən odur ki, görüşün əsas məqsədi ABŞ-ın bu iki əsas rəqibinə qarşı əks-koalisiyanın yaradılmasıdır. Ancaq indi dünyada gedən əsas rəqabət demokratiya və avtokratiya arasında baş vermir.  Söhbət, əsasən, iqtisadi mübadilə vasitəsilə dünyanın qalan hissəsinə müraciətdən gedir. Qlobal miqyasda insanları demokratiyaya ideoloji sadiqlik deyil, daha çox demokratiyanın və ya istənilən idarəetmə sisteminin onların gündəlik həyatlarının yaxşılaşdırılması üçün nə etdiyi maraqlandırır”.

Məqalədə deyilir: “Üçüncüsü, əgər sammit doğurdan da demokratiyaya yardıma həsr olunubsa, bunu doğrudanmı etmək mümkündür? Bütün dünyada demokratiyanın geriləyib-geriləmədiyi ilə bağlı məsələ özlüyündə şübhəli mövzudur. Bütün dünya üzrə ayrı-ayrı demokratiyalar üçün real risklər mövcuddur və müəyyən beynəlxalq əməkdaşlıq formaları yaranmaqda olan demokratiyalara kömək edə bilər. Ancaq onlar ayrı-ayrı ölkələrin və ya regional ölkələr qrupunun konkret tələblərinə yönələndə uğurlu olur”.

Müəllif təəssüflə vurğulayır ki, iş regional səviyyədə demokratik yardımın irəlilədilməsinə çatanda Bayden Administrasiyası deyəsən, uğursuzluğa düçar olur: “Birləşmiş Ştatların arxa bağçası sayılan Mərkəzi Amerikada səylərinin zəif olduğu görünür. Onun Salvador və Qvatemala kimi tərəfdaşlarında vətəndaş hüquqları gerilədilir”.

Sonda bildirilir ki, üçüncü sammitin Cənubi Koreyada keçirilməsi ilə bağlı planlar var: “Tarix bilinmir. Bu gün dünyanın üzləşdiyi problemləri nəzərə alsaq, istər demokratik, istərsə də qeyri-demokratik dövlətlər olsun, bu problemləri həll etməyə çalışan ölkələrə vaxtlarını və diqqətlərini növbəti virtual tok-şouya həsr etməyə deyil, başqa bir işə ayırması daha yaxşı olardı”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın