“Oğlum Vüsal Şuşa ərazisində avtomobil qəzasında şəhid olub”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu “Report” informasiya agentliyinə açıqlamasında şəhid Vüsal Kazımovun atası Vüqar Kazımov deyib.

“Nə deyə bilərəm? Deməyə söz tapmıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”, – o vurğulayıb.

Qeyd edək ki, hadisə martın 3-də Şuşa-Laçın yolunda qeydə alınıb. Belə ki, hərbi yük avtomobili qəzaya uğrayıb. Nəticədə xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər V.Kazımov hərbi tibb müəssisəsinə təxliyə olunub. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək olmayıb.

Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 351.2-ci (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, ya da hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

V.Kazımov bu gün İkinci Şəhidlər xiyabanında dəfn edilib. Allah rəhmət eləsin.

Xatırladaq ki, V.Kazımov 2000-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. Daha sonra o, ailəsi ilə birgə Bakı şəhərinə köçüb. Ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə gedən V.Kazımovun xidməti başa vurmasına 3 ayı qalmışdı. O, evin tək oğlu olub, bir bacısı var.

Şuşada qəza nəticəsində şəhid olan əsgərin atası açıqlama verib
KİMRəvan Əziz
MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərİlham Əliyev “İçərişəhər” qoruğunun yeni sədrini qəbul etdi
Sonrakı xəbərRusiyanın hücumu nəticəsində 28 ukraynalı uşaq ölüb, 64-ü yaralanıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın