Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıt şəhərində olub, Şəhidlər Xiyabanında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.

YALAN.info bildirir ki, dövlət başçısı öncə Şəhidlər Xiyabanında ucaldılmış Qalib Əsgər abidəsinin və Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunan abidənin önünə gül dəstələri qoydu.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə Şəhidlər Xiyabanında görülən işlərlə bağlı məlumat verdi. Bildirildi ki, Sumqayıt şəhərində 1992-ci ildə salınan, 513 şəhidin uyuduğu Şəhidlər Xiyabanı 2021-ci ildə əsaslı şəkildə təmir olunub, burada kompleks yenidənqurma işləri aparılıb. Şəhidlər xiyabanında hündürlüyü 30 metr olan yeni bayraq dirəyi quraşdırılıb.

Qeyd edildi ki, Şəhidlər Xiyabanının ərazisi genişləndirilərək 1,2 hektara çatdırılıb. Şəhidlər Xiyabanında yaşıllıq örtüyü salınıb, işıqlandırma sistemi müasirləşdirilib, fəvvarə kompleksi tikilib. Burada yenidənqurma işləri çərçivəsində Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə “Zəfər ağacı” abidəsi yaradılıb. Həmçinin inzibati bina inşa olunub.

Şəhidlər Xiyabanında Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş 144 şəxs haqqında məlumatların əks olunduğu abidə ucaldılıb.

Prezident Sumqayıt Şəhidlər xiyabanında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub
MƏNBƏAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Öncəki xəbərPrezident İlham Əliyev Sumqayıtda bir sıra açılışlarda oldu
Sonrakı xəbər2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzi istifadəyə verildi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın