Şimali Atlantika Alyansının (NATO) Baş Katibi Yens Stoltenberq bildirib ki, Co Baydenin “kiçik hücum”la bağlı açıqlaması Rusiyanın Ukraynaya qarşı potensial hücumuna yaşıl işıq yandırmaq anlamına gəlmir.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Reuters agentliyi məlumat yayıb.
“30 müttəfiq birlikdədir. 30 müttəfiq aydın şəkildə bildirir ki, Rusiya Ukraynaya hücum edəcəyi, ona qarşı aqressiv vasitələr tətbiq edəcəyi halda bu ona çox baha başa gələcək. NATO-nun müttəfiqləri bu zaman əvvəlki dövrdə davrandıqları kimi davranacaqlar”, – deyə Stoltenberq bildirib.
Bildirək ki, bir müddət öncə ABŞ Prezidenti Co Bayden bəyan edib ki, Rusiya ordusunun Ukrayna sərhədini hər hansı formada keçməsi hücum kimi dəyərləndiriləcək.