NATO Ukraynadakı münaqişənin bu ölkənin hüdudlarından kənara çıxmamasını təmin etmək niyyətindədir, ona görə də alyansın şərq cinahında mövcudluğunu artırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu NBC telekanalına müsahibəsində təşkilatın baş katibi Yens Stoltenberq deyib.

“Bizim məsuliyyətimiz müxtəlif yollarla etdiyimiz kimi Ukraynanı dəstəkləmək və bu münaqişənin nəzarətdən çıxmamasını və Ukraynanın hüdudlarından qırağa çıxmamasını təmin etməkdir”, – Stoltenberq bildirib.

“Buna görə də biz alyansın şərq cinahındakı hərbi varlığımızı önəmli dərəcədə artırdıq”, – NATO rəhbəri əlavə edib.

Öncəki xəbərPrezident Suqovuşandan Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi
Sonrakı xəbərABŞ Prezidenti Co Bayden Azərbaycan xalqını təbrik etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın