Bu ilin on ayının statistikasına görə Azərbaycanda uşaqlara ən çox qoyulan adlar ərəb adları olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, ölkədə yeni doğulan uşaqlara qoyulan oğlan adları arasında Əli, qız adlarında isə Zəhra liderlik edir.

Belə ki, oğlan adlarında bu il əvvəlki illərdə olduğu kimi ərəb mənşəli adlar ilk 3-də yer alıb:

  1. Əli (1299)
  2. Yusif (1243)
  3. Hüseyn (1239)

Qız adları sıralamasında da ilk 3-dəki adların hamısı ərəb adları olaraq qalır:

  1. Zəhra (1312)
  2. Zeynəb (1041)
  3. Məryəm (985)

Yeni doğulan uşaqlara şəhidlərin adlarının verilməsi kəskin artıb

Bu ilin ilk 10 ayında Azərbaycanda yeni doğulan uşaqlara Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan ən populyar iki ad məlum olub.

Ədliyyə Nazirliyindən verilən məlumata görə yanvar ayından bu günə qədər 248 körpəyə Polad adı verilib. Ötən il ərzində isə bu rəqəm 193 olub. 

Bununla yanaşı bu ilin ilk 9 ayında 65 körpəyə Xudayar adı verilib. Ötən il isə bu rəqəm 3 olub. 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın