Xəzər dənizində “Şahdəniz” qaz-kondensat yatağının istismarı layihəsi bizim üçün kommersiya baxımından vədedici görünür.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, növbəti onilliklər ərzində dünyada qaza tələbat artmaqda davam edəcək.

“Təbii qaz enerji keçidi dövründə ekoloji cəhətdən kömürdən daha təmiz həll yoludur. Bizim əsas hədəf bazarımız olan Avropada qaza tələbin və qiymətlərin artması bir daha 2013-cü ildə “Şahdəniz 2” layihəsinin işlənməsi və “Cənub Qaz Dəhlizi” üzrə verilən investisiya qərarının doğruluğunu təsdiq etdi.

Vaxt keçdikcə təbii qaz ixracından əldə olunan gəlirlər neft ixracının gəlirləri ilə müqayisədə daha əhəmiyyətli rola sahib olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, “Petronas” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü sazişindəki payını satmağa qərar verəndən sonra layihənin tərəfdaşları arasında saziş üzrə üstünlük hüquqlarına dair müddəalara uyğun olaraq, SOCAR “Petronas” şirkətinə məxsus olan 4,35 %-lik iştirak payını alıb.

KİMLəman Zeynalova
MƏNBƏTrend
Öncəki xəbərNazirlər Kabineti xüsusi karantin rejiminin bir sıra məhdudiyyətlərini aradan qaldırdı
Sonrakı xəbərBaydenin “Demokratiya zirvəsi”nə yönəlmiş cavabsız qalan suallar
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın