Azərbaycan Ümumi Daxili Məhsulda (ÜDM) hərbi xərclərin ən çox olduğu ölkələrin siyahısında 5-ci yerdədir.

YALAN.info bildirir ki, bununla bağlı Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında deyilir.

Belə ki, hesabat görə, Azərbaycanın ÜDM-də hərbi xərclər 5,3 % təşkil edir. Bu baxımdan, birinci yeri Oman (7,3 %), ikinci yeri Küveyt (6,7 %), üçüncü yeri Səudiyyə Ərəbistanı (6,6 %), dördüncü yeri isə Əlcəzair (5,6 %) tutur.

Hesabatda bildirilir ki, dünyada müdafiə xərcləri ardıcıl yeddinci ildir ki, davamlı olaraq artır. 2021-ci ildə dünya ölkələrinin toplam hərbi xərcləri 0,7 % artaraq 2,113 trilyon dollara çatıb. Bununla da tarixdə ilk dəfə dünya üzrə toplam hərbi xərclər 2 trilyon dolları keçib.

2021-ci ildə hərbi xərclərin ən çox olduğu ilk beş ölkə ABŞ (801 milyard dollar), Çin (293 milyard dollar), Hindistan (76,6 milyard dollar), Böyük Britaniya (68,4 milyard dollar) və Rusiyadır (65,9 milyard dollar).

İnsitutun hesabatına görə, Rusiyanın hərbi xərcləri artıq üçüncü ildir ki, artmaqdadır. Ötən illə müqayisədə artım 2,9 % təşkil edib. SIPRI 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra Ukraynanın hərbi xərclərinin artmasını da vurğulayıb. 2014-2021-ci illər arasında Ukraynanın hərbi büdcəsi 72 % artıb.

KİMCeyla Əliyeva
MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərƏminə Caparova: Rusiya Ukraynanın mədəni və dini obyektlərini xüsusi hədəfə çevirib
Sonrakı xəbərUkrayna Baş Qərargahı Rusiya Ordusunun itkilərini açıqladı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın