Şimali Atlantika Alyansı (NATO) Kosovodakı qüvvələrinə (KFOR) dəstək olaraq bölgəyə əlavə çoxmillətli tabor göndərəcək.

YALAN.info bildirir ki, bununla bağlı çərşənbə axşamı alyansın Neapoldakı müttəfiq birləşmiş qüvvələrinin komandanlığının yaydığı bəyanatda deyilir.

“Bu yaxınlarda baş verən iğtişaşlar və 30 döyüşçünün xəsarət alması ilə əlaqədar NATO-nun KFOR missiyası Qərbi Balkanlarda operativ ehtiyat qüvvələrinin yerləşdirilməsi barədə əmr verib”, – məlumatda bildirilir.

Komandanlığa əsasən, daha bir çoxmillətli tabor zərurət yaranarsa, mövcud bölmələrin gücləndirilməsi məqsədilə hazırlığın artırılması əmri alıb.

“NATO-nun əlavə kontingentinin Kosovoda yerləşdirilməsi KFOR-u BMT Təhlükəsizlik Şurasının mandatına uyğun olaraq təhlükəsizliyi qorumaq üçün gərəkli imkanlarla təmin etmək məqsədilə atılmış önəmli addımdır”, – deyə Neapol komandanlığının rəhbəri admiral Stüart Munş bəyan edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın