Ermənistanın Xüsusi İstintaq Xidməti “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlamentlərarası Assambleyasının təhlükəsizlik məsələləri ilə bağlı toplantısına qoşulmaq üçün Sankt-Peterburqa uçmasına icazə verilməyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı erməni mediasına istinadən məlumat verir ki, bununla bağlı “Ermənistan” blokunun yaydığı bəyanatda deyilir.

“Seyran Ohanyanla əlaqədar olaraq, cinayət təqibi çərçivəsində bu qərar verilib”, – bəyanatda bildirilib.

Qeyd olunur ki, ölkə üçün mövcud olan çətin şəraitdə, xarici tərəfdaşlarla böyük əlaqələri və təmas təcrübəsi olan müxalifətçi deputatlar Seyran Ohanyan və Armen Gevorgyanın toxunulmazlıq hüququnun növbəti dəfə pozulması faktı, Ermənistanı beynəlxalq aləmdə təmsil etməyi qadağan edilməsi ölkədə demokratiyanın çöküşünü bir daha sübut edir.

Öncəki xəbərTürkiyə klubunun baş məşqçisi: Azərbaycan millisinə çağırılsam, qaçaraq gələrəm
Sonrakı xəbərBalabəy Ağayev “Böyük dəbilqə” turnirinin qızıl medalını qazandı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın