Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla Maldiv adalarında istirahəti zamanı çəkdirdiyi klipini təqdim edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Sevdiyim” adlı bəstənin sözləri Orxan Mürvətliyə, musiqisi isə Fərid Kərimliyə məxsusdur. Ekran işinin rejissorluğunu sənətçinin əri edib.

Qeyd edək ki, Sevda və Zakir ötən il rəsmi nikaha girib. Pandemiyaya görə toyunu təxirə salan cütlük oktyabrın 25-də təmtəraqlı məclis edəcək.

“Sevdiyim” mahnısının sözləri

Həyatımda hər kəsdən çox dəyər verdiyim
Küləklərlə sevgimizdən xəbər verdiyim
Cavabsız qalan sual, bu gün mövzu aktual
Danış bir az mənlə, fikirlərini mənə cəmlə
İki söz, bir cümlə, səni sevirəm…

[Nəqərat]
Həyatıma fərqli rəng qatan
Onun üçün sevgimə çatan
Canım qədər istədiyim
Gülüşünü sevdiyim…

Ürəyimin əsl sahibi
Məni sevən yox sənin kimi
Adını çəkib gözlədiyim
Gülüşünü sevdiyim…

[Bənd 2]
Həyatımda hər kəsdən çox dəyər verdiyim
Küləklərlə sevgimizdən xəbər verdiyim
Cavabsız qalan sual, bu gün mövzu aktual
Danış bir az mənlə, fikirlərini mənə cəmlə
İki söz, bir cümlə, səni sevirəm…

[Nəqərat]
Həyatıma fərqli rəng qatan
Onun üçün sevgimə çatan
Canım qədər istədiyim
Gülüşünü sevdiyim…

Sevda Yahyayeva — Sevdiğim (Müzik Videosu)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın