80 yaşlı Serjio Mattarella yenidən İtaliya Respublikasının Prezidenti seçilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, respublika parlamentinin hər iki palatasının birgə toplantısında 8-ci dəfə səsvermə keçirilib.

Yekun olaraq 81 yaşlı Mattarella tələb olunan 505 səs barajını keçib. O, vəzifəsini tərk etmək arzusunu ifadə etmişdi, ancaq yerli media Baş nazir Mario Draginin onu İtaliyanın “sabitliyi” üçün qalmağa inandırdığını bildirdi.

Cənab Mattarellanın vəzifəsində qalmaq qərarını elan edən Regional İşlər üzrə Nazir Mariastella Gelmini keçmiş Konstitusiya Məhkəməsi hakiminin “məsuliyyət duyğusu və ölkəyə, onun qurumlarına bağlılığını” alqışlayıb.

İtaliyanın hakim koalisiyasında olan partiyalar yeddi tur səsvermənin alternativ namizədi çıxara bilməməsindən və cənab Draqinin geniş miqyaslı koalisiya hökumətində dərin fikir ayrılıqlarını aşkar etdikdən sonra şənbə günü cənab Mattarellanı yenidən seçimlərə qoşulmağa razılaşıb.

Hələlik 80 yaşlı adamın tam yeddi illik müddətə xidmət etmək niyyətində olub-olmaması bilinmir. İtaliyada bir çoxları onun 2023-cü ildə İtaliya seçkilərindən sonra cənab Draginin öz yerini tutmasına icazə vermək üçün kənara çəkilə biləcəyini düşünür.

Onu da bildirək ki, S.Mattarela Palermo Universitetində hüquq təhsili alıb. 1980-ci illərdə Xristian Demokrat Partiyasının sıralarında fəal siyasi karyeraya başlayıb. O, 31 yanvar 2015-ci ildə 665 səs toplayaraq ilk dəfə prezident postuna yiyələnib. Serjio Mattarella yeddi illik prezidentlik dövründə çox hörmətli və populyar bir dövlət başçısı olub, ancaq yenidən prezidentlik istəmədiyi tamamilə aydın idi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın