“Sən öz vəzifə kreslonun xatirinə müharibəni uduzan ləyaqətsiz, alnına satqın yapışdırılan qorxaq rəhbərsən”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan baş nazir Nikol Paşinyana cavabında bildirib.

O, N.Paşinyanı Azərbaycan qarşısında məğlub olmaqda qınayaraq onu vətən xaini adlandırıb.

Qeyd edək ki, dekabrın 5-də Nikol Paşinyan müxalifətin ona qarşı irəli sürdüyü ittihamlara canlı yayımda cavab verib. O bildirib ki, 2016-cı ilin Aprel döyüşləri Ermənistan hakimiyyətinin şifahi olaraq əraziləri qaytaracağı vədi verildikdən sonra dayandırılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın