Serj Sarkisyan
Serj Sarkisyan

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı xüsusilə külli miqdarda rüşvət almaq ittihamı irəli sürülüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Sputnik Armeniya”ya ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

“Sarkisyan barəsində başqa yerə getməmək haqqında intizam qətimkan tədbiri seçilib”, – komitənin mətbuat xidmətindən bildiriblər.

Daha öncə keçmiş dövlət başçısının vəkili Amram Makinyan bildirib ki, bu, 2018-ci ilin noyabrında müxtəlif vaxtlarda yüksək vəzifəli məmurlara rüşvət verdiyini bəyan edən qalmaqallı sahibkar Silva Ambarsumyanın işidir.

Ambarsumyan öncə Sarkisyana rüşvət vermədiyini və onu tanımadığını iddia edib. Ancaq sonra ifadəsini dəyişib.

Öncəki xəbərTürkiyənin müdafiə naziri Hulusi Akar Yunanıstana cavab verdi
Sonrakı xəbərMN: Azərbaycan Ordusunun atəş açaraq erməni hərbçini yaralaması yalandır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın