“Bütün günahlarımı başqalarının üzərinə yıxmaq kimi məqsədim yoxdur. Hakimiyyət dövrümdə problemlər çox idi, ədalətsizliklər, korrupsiya yüksək səviyyədə idi”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan sədri olduğu Respublika Partiyasının qurultayında uzun-uzadı çıxış edərkən etiraf edib.

“Bizim adımızla sərvət toplayanlara qarşı sərt deyildim. Mən xalqla yetərincə açıq deyildim, bir çox daxili problemlərə əhəmiyyət vermədim”, – o vurğulayıb.

S.Sarkisyan həmçinin rəhbərlik etdiyi partiyanın sıralarında etimada layiq olmayan insanların olduğunu da boynuna alıb.

Qeyd edək ki, Serj Azad oğlu Sarkisyan 1954-cü ildə Azərbaycanın Xankəndi şəhərində doğulub. Keçmiş Dağlıq Qarabağdakı erməni separatçı-terrorçularının rəhbərlərindən biri olub.

O, müxtəlif illərdə Ermənistanın milli təhlükəsizlik naziri, daxili işlər habelə müdafiə naziri vəzifələrində işləyib. S.Sarkisyan 2008-2018-ci illərdə Ermənistanın Prezidenti olub. Dövlət başçısı olduğu dövrdə daxili siyasətdə korrupsiya, özbaşınalıq geniş vüsət alıb, xarici siyasətdə isə ölkəsini Rusiyadan daha da asılı vəziyyətə salıb.

2018-ci ildə Ermənistan parlament respublikası idarəçiliyinə keçdikdən sonra ölkənin qanunverici orqanı onu Baş nazir seçib. Ancaq o, bu vəzifədə 6 gün qala bilib. Belə ki, S.Sarkisyanın seçilməsinə qarşı yönələn kütləvi etirazlar ölkədə inqilaba yol açıb, onun isə vəzifədən getməsi ilə başa çatıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın