Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlılarına qarşı hər hansı bir təxribat qeydə alınmayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS agentliyinə müsahibəsində deyib.

Nazir qeyd edib ki, Dağlıq Qarabağda durumun normallaşması tendensiyası müşahidə olunur:

“Biz rəsmi Bakı və İrəvanın öz öhdəliklərini yerinə yetirmək və durumun ümumi sabitləşməsi yönündə çalışmaq niyyətlərini məmnunluqla qarşılayırıq. Ortaya çıxan məsələlərin həllində tərəflərin göstərdikləri yüksək səviyyədə əməkdaşlığı vurğulamaq istərdim. Rusiya da öz növbəsində atəşkəsin qarantı vəzifəsini məsuliyyətlə və effektiv şəkildə yerinə yetirməyə davam edir”.

Lavrovun sözlərinə görə, yeganə pozuntu 13 dekabr tarixində Rusiya sülhməramlılarının olmadığı təmas xəttində meydana gəlib:

“Sülhməramlı kontingentimizin komandanlığı tərəfindən azərbaycanlı və erməni tərəfdaşlarla təmaslarda atılan önəmli addımlar olayın böyüməsinin qarşısını almağa yardım etdi. Atəşkəsin pozulmasının qarşısını almaq üçün səylərimizi göstərməyə davam edəcəyik”.

Qeyd edək ki, Lavrov erməni silahlılarının 27 dekabr terroruna toxunmayıb.

Xatırladaq ki, AR Müdafiə Nazirliyinin 27 dekabr məlumatına görə, Dağlıq Qarabağ bölgəsində Azərbaycan Ordusunun 1 əsgərini öldürərək daha 1 əsgəri yaralamış 6 nəfərlik erməni silahlıları zərərsizləşdirilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın