Qərb rəsmi Kiyevə Moskva ilə danışıqlar prosesini davam etdirməyi qadağan edib.

YALAN.info bildirir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiyalı nazir Bosniya-Serb teleradio şirkətinin telekanalına müsahibəsində deyib ki, Qərb Ukraynadan Rusiyaya qarşı istifadə etməyə çalışır. Onun sözlərinə görə, Qərb ölkələri rəsmi Kiyevlə Moskva arasında danışıqların aparılmasına imkan vermir.

“Bu, danışıqlar üçün hər hansı perspektivin olub-olmaması sualına cavabdır. Qərb Ukraynaya danışıqlar aparmağa imkan vermir. İki ay öncə Ukrayna bu məsələnin həlli ilə bağlı təklif irəli sürürdü. Bunu əsas təklif kimi qəbul etdik. Beləliklə, Qərb gün ərzində ukraynalılara bu prosesi davam etdirməyi qadağan etdi”, – Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın