Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyanın Bali adasında keçirilən “G20”liyin (Böyük İyirmilik) toplantısını yarımçıq tərk edib.

YALAN.info bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 8-də DPA agentliyinə müsahibəsində deyib.

Məlumata görə, S.Lavrov rəsmi naharda iştirak etməyib. Rusiya XİN-nin başçısı günün ikinci yarısında “G20”liyin toplantısına da qatılmayıb. Bildirilib ki, S.Lavrov çıxışdan sonra toplantı zalından çıxıb. O, Almaniyanın xarici işlər naziri Annalena Berbokun çıxşını gözləməyib. Almaniyalı nazir Rusiyanı Ukraynada apardığı müharibəyə görə sərt mühakimə edəcəkmiş.

Yada salaq ki, “G20″liyin xarici işlər nazirlərinin görüşü iyulun 7-də başlayıb və 2 gün davam edib. “G20”liyə üzv dövlətlərin xarici işlər nazirləri rusiyalı həmkarları ilə birgə şam yeməyindən və ailə fotosu çəkdirməkdən imtina ediblər. Eyni zamanda, görüş iştirakçılarının ənənəvi qrup şəkli də çəkilməyib.

Onu da bildirək ki, G20 ölkələrinin xarici işlər nazirləri İndoneziyanın Bali adasındakı görüşün sonunda birgə bəyanatı razılaşdıra bilməyiblər. Onların arasında başlıca fikir ayrılığı Ukrayna ətrafındakı durumla bağlı olub. Görüş iştirakçıları Ukraynadakı münaqişə və böhranla izlənilən olayların nəticələrinin aradan qaldırılması ilə əlaqədar ortaq məxrəcə gələ bilməyiblər.

Öncəki xəbərUkraynanın birinci xanımı ABŞ-ın “Time” jurnalının üz qabığı oldu
Sonrakı xəbərAzərbaycanın 3 qurumu ölkədə koronovirusa yoluxma halları ilə bağlı birgə məlumat yaydı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın