Serbiyada prezident seçkilərinin son nəticələri açıqlanıb.

YALAN.info bildirir ki, Serbiya Mərkəzi Seçki Komissiyası bütün şikayətlərə baxdıqdan və bir neçə seçki məntəqəsində təkrar səsvermə keçirdikdən sonra prezident seçkilərinin yekun nəticələrini təsdiqləyib.

Nəticələrə əsasən, Serbiyanın indiki prezidenti Aleksandr Vuçiç aprelin 3-də keçirilən prezident seçkilərində 58,59 faiz səslə qalib gəlib.

Onun ən yaxın rəqibi Zdravko Ponoş isə 18,39 % səs toplayıb. Aprelin 4-nə keçən gecə Serbiya lideri artıq birinci raundda qələbəsini elan etmişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın