Türkiyə düşmənimizdən müttəfiqimizə çevrilməyəcək, onu məhv etmək üçün mexanizmləri işə salmalıyıq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu ermənipərəst Vladimir Solovyovun “Rossiya-1” telekanalında yayımlanan “Voskresnıy veçer” verilişində Semyon Baqdasarov deyib.

“Türkiyənin NATO-dan çıxacağını iddia edənlərin hamısı yanıldı. Bu heç vaxt olmayacaq və Türkiyə düşmənimizdən müttəfiqimizə çevrilməyəcək. Biz sakitcə Türkiyəni daxildən məhv edəcək mexanizmləri işə sala bilərik”, – deyə Baqdasarov erməni xislətini büruzə verib.

“İnanın, indi hər şeyi məhv etmək üçün ideal şərait var: lirənin düşməsi, əhalinin öz rəhbərliyinə inamsızlığı, PKK ilə bağlı problemlər. Niyə biz bu imkanlardan istifadə etmirik? Ərdoğan Cövhər Dudayevə park açaraq bir daha üstümüzə donuz atdı. Bizim tərəfdən nə qəribə cavab gəldi? Diplomatik kanallarla eyhamlar verməkdənsə, Moskvada Abdulla Öcalanın abidəsini açmaq, açılışa PKK rəhbərliyini dəvət etmək lazım idi. Bəlkə burnumuzun suyunu axıtdığımız kifayətdir?” – deyə Baqdasarov bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın